Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Meksika narkokartelinin banisi həbs edildi

Meksika narkokartelinin banisi həbs edildi


Meksika narkokartelinin banisi “El Mayo” və “El Çapo”nun oğlu ABŞ-da həbs edilib.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, ABŞ Ədliyyə Nazirliyi Meksika narkokartelinin banisi “El Mayo” ləqəbli İsmael Zambada Qarsiya və “El Çapo” kimi tanınan Xoakin Quzmanın oğlu Xoakin Qusman Lopezin digər qurucusu olduğunu açıqlayıb. Sözügedən şəxs Texasda həbs olunub.

Mövzu ilə bağlı verdiyi yazılı açıqlamada ABŞ-ın ədliyyə naziri Merrick Garland, ABŞ-da fentanil istehlakının ən əhəmiyyətli səbəbi olaraq göstərilən Sinaloa kartelinə böyük zərbə vurduqlarını ifadə edib.


ABŞ-da ən çox axtarışda olan narkotik tacirlərindən biri olan Sinaloa kartelinin aparıcı liderlərindən biri, 28 yaşlı Ovidio Quzman 2023-cü ilin fevralında Meksikanın şimalında yerləşən Kuliakan şəhərində keçirilən əməliyyat nəticəsində saxlanılıb və ABŞ-a ekstradisiya edilib.

Anar Əliyev
Xəbəri paylaş