Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə daha 15 terrorçunu zərərsizləşdirdi

Türkiyə daha 15 terrorçunu zərərsizləşdirdi


Türkiyə Silahlı Qüvvələrinin PKK terrorçularına qarşı mübarizəsi davam edir.

Newscenter.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən bildirir ki, həyata keçirilən tədbirlər çərçivəsində İraqın şimalındakı Qəndil, Asos, Qara və Hakurk bölgələrində müəyyən edilən 11 PKK terrorçu zərərsizləşdirilib.

Eyni zamanda Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində isə 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Nazirlik Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı mübarizəsinin davam edəcəyini bildirib.

Anar Əliyev
Xəbəri paylaş