Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə avtobus qəzası, ölənlər var

Türkiyədə avtobus qəzası, ölənlər var


Türkiyədə növbəti dəfə avtobus qəzası baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, İstanbuldakı Anadolu şossesində yüngül ticari avtomobil ilə mikroavtobus toqquşub. Qəza nəticəsində 3 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

Məlumata görə, magistral yolun Ankara istiqamətində Sapanca mövqeyində Ercan E.-nin idarə etdiyi yüngül ticari avtomobil ilə Zəfər T.-nin idarə etdiyi mikroavtobus toqquşub.

Hadisə baş verdikdək dərhal sonra əraziyə təcili tibbi yardım maşınları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Anar Əliyev
Xəbəri paylaş