Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə kütləvi zəhərlənmə

Türkiyədə kütləvi zəhərlənmə


Türkiyədə kütləvi zəhərlənmə qeydə alınıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə İzmirdə baş verib. Belə ki, İzmirin Torbalı rayonundakı bəzi fabriklərdə qida zəhərlənməsi şübhəsi ilə 40 nəfər xəstəxanaya yerləşdirilib.

Qarın ağrısı, ürəkbulanma və qusma şikayətləri ilə gələn işçilər qida zəhərlənməsi şübhəsi ilə Torbalı Dövlət Xəstəxanasına aparılıb.

Onlar müalicə olunduqdan sonra evə buraxılıblar.

Bəzi fabrik işçilərinin eyni şikayətlərlə müxtəlif xəstəxanalara müraciət etdiyi də öyrənilib.

Anar Əliyev
Xəbəri paylaş