Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zaxarovadan müsəlman idmançıların Olimpiadanın açılışında iştirakına qoyulan qadağaya sərt reaksiya

Zaxarovadan müsəlman idmançıların Olimpiadanın açılışında iştirakına qoyulan qadağaya sərt reaksiya


"İslamı qəbul edən qaradərili fransız idmançı Sounkamba Sillanın Olimpiya Oyunlarının açılış mərasimində iştirak hüququndan məhrum edilməsi açıq-aşkar ayrı-seçkilik aktıdır".

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova vurğulayıb ki, bu hal, eləcə də Rusiya və Belarus idmançıları ilə bağlı əvvəllər qəbul edilmiş qərarlar müasir Olimpiadanın bir əsrdən çox əvvəl Parisdə elan edilmiş Olimpiya hərəkatının məqsədləri ilə heç bir əlaqəsi olmadığını və Olimpiya ruhuna zidd olduğunu göstərir.


“Bir daha, neoliberal diktə ruhunda kollektiv Qərb bir çox nəsillər üçün müqəddəs olan siyasətdən kənar idman prinsipini tapdaladı",-deyə Zaxarova bildirib.

Anar TAĞIYEV
Xəbəri paylaş