Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İqtisadiyyat nazirinin müavini Oğuzda vətəndaşları qəbul edib

İqtisadiyyat nazirinin müavini Oğuzda vətəndaşları qəbul edib


İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Oğuz şəhərində vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı və s. məsələlərlə bağlı müraciət ediblər.

Newscenter.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.

Süleyman
Xəbəri paylaş