Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Parisdə “Azərbaycan Olimpiya Evi” fəaliyyətə başlayıb

Parisdə “Azərbaycan Olimpiya Evi” fəaliyyətə başlayıb


Fransanın paytaxtı Parisdə respublikamızın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində “Azərbaycan Olimpiya Evi”nin açılışı olub.

"Report"un yerli bürosu bildirir ki, açılış mərasimində Azərbaycan Respublikasının İdman Naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rəşad Nəbiyev, ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Türkiyənin Fransadakı səfiri Yunus Demirer, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, diplomatik korpusun nümayəndələri, fransalı qonaqlar və digər şəxslər iştirak ediblər.

Qonaqlar Paris yay Olimpiya Oyunlarında iştirak edən azərbaycanlı idmançılara uğurlar arzulayıblar.

Açılış mərasimində Mərdan Kazımov və qrupu Azərbaycan musiqilərini ifa ediblər.

Olimpiya oyunları zamanı “Azərbaycan Olimpiya Evi”ndə müxtəlif səpkili, silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yay Olimpiya oyunlarına 15 idman növü üzrə 48 azərbaycanlı idmançı qatılıb.
Xəbəri paylaş