Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pezeşkian İranı necə idarə edəcək?

Pezeşkian İranı necə idarə edəcək?


İranın yeni prezidenti Məsud Pezeşkian ali dini lider Ayətullah Əli Xameneinin təsdiqini aldıqdan sonra 1 - ci vitse - prezidenti təyin etdi. Belə ki, ölkədəki islahatçıların liderlərindən biri olan Məhəmməd Rza Arif Pezeşkianın 1 - ci müavini olacaq.

Yeni vitse - prezident İranda kifayət qədər tanınmış simadır. Özünün də adı tez - tez prezintlik üçün keçirdi. 2015 - ci ildə İran hakimiyyəti ona məxsus olan " baharnews " adında saytı bloklamışdı. Buna səbəb isə İranın keçmiş prezidenti , islahatçıların lideri Məhəmməd Xatəminin həmən saytda gedən müraciəti idi. Həmən zaman İslam inqilabının qurucusu Ruhulla Xomeyninin ailəsinə məxsus olan saytlarda eyni səbəbdən blokalandı. Ölkənin ilk ali rəhbərinin nəvəsi Huccətul - islam Seyid Həsən Xomeyninin Xatəmi və Ariflə yaxın münasibətləri var. Xomeyni ailəsinin hazırda əsas istəyi Əli Xameneinin əlindən ali liderliyi almaqdır. Xatəminin onlarla yaxınlığı, həmçinin " güclü prezident " instutu qurmaq arzusu onu faktiki olaraq Xatəmi ilə düşmən edib.

Məhəmməd Rza Arif Xatəminin sağ qolu hesab edilir. Onun prezident olduğu dövrdə, 2001 - 2005 - ci illərdə İranın 1 - ci vitse - prezidenti olub. Hazırda da günün çoxunu keçmiş prezidentin ofisində keçirir. Onların birlikdə çəkilmiş xeyli sayta fotosu sosial şəbəkələrdə dolaşır. Prezident seçkiləri ərəfəsində Xatəminin Pezeşkiana verdiyi dəstək məlum idi. Keçmiş prezident onun prezident seçilməsi üçün konkret İran siyasətçiləri arasında ittifaq çalışmaları apardı və müxtəlif qrupları onun ətrafinda birləşdirə bildi.

Məsələn, Pezeşkianın gözlənilmədən giləklər yaşayan bölgələrdə böyük səs faizi ilə Səid Cəliliyə qalib gəlməsinin əsas səbəbi məhz elə Xatəminin fəaliyyəti idi. Yeni prezident ali dini liderdən təsdiq fərmanını aldıqdan dərhal sonra Xatəminin " sağ qolu " nu özünə 1 - ci müavin təyin etdi. Pezeşkian Həsən Ruhani dövründə Xarici işlər naziri olmuş Məhəmməd Cavad Zərifi də özünə müşavir təyin edib. Zərif faktiki olaraq Pezeşkianın ofisinə rəhbərlik edir. Görünür ki, xarici siyasəti də əsasən Zərif koordinasiya edəcək. Onun gələcəkdə yenidən baş diplomat olmaq şansı var. Anlaşılan odur ki, Pezeşkian hakimiyyəti Məhəmməd Xatəminin qolu və Həsən Ruhanin beyni ilə idarə edəcək.

Zeynal Əmrəliyev, politoloq
Xəbəri paylaş