Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan yenə də ikili oynayır

Ermənistan yenə də ikili oynayır


"Ermənistan yenə də ikili oynayır. Görünən odur ki, ağıl verənləri Ermənistana yenə nəsə vəd edirlər".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müavini Azər Qasımov səsləndirib. O bildirib ki, Ermənistan yenə də odla oynamaq fikrinə düşür:

"Verilən üç-beş silahdan ilhamlanıb sülh danışıqlarını ləngidir.

Hesab edirəm ki, Ermənistan aldığı dərsdən nəticə çıxarmayıb. Azərbaycan və Ermənistan arasında son döyüş gec-tez gözlənilir. Məsələ ondadır ki, Azərbaycanın qələbəsi hələlik Ermənistan üzərindədir. Geosiyasi aktorların üzərində yox. Həmin aktorlar da hadisələrin belə gədəcəyini gözləmirdilər. Ermənistanı silahlandırmaqla nələrisə dəyişmək istəyirlər".

Azər Qasımov deyib ki, Ermənistan da bunda maraqlıdır:

"Kiçik qələbə belə Ermənistana kifayət edər ki, öz eqosunu təmin etsin. Həmin güclər də Ermənistana bu kiçik qələbə sözü verirlər. Tarixdə Ermənistan məğlub kimi qalmaq istəmir. Kiçik bir qələbə hesab olunan müharibə belə gələcək üçün onların böyük məğlubiyyətlərini ört-bastır etməyə bəs edir. Onlar hər şeyi şişirtməkdə mahirdirlər. Hesab edirəm ki, qısa müddətli müharibə ehtimalı gözləniləndir".

Süleyman
Xəbəri paylaş