Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvan silahlanma tendensiyasını revanşist meyllər əsasında inkişaf etdirir

İrəvan silahlanma tendensiyasını revanşist meyllər əsasında inkişaf etdirir

"Azərbaycanın uğurlu hərbi-siyasi addımları nəticəsində regionda yeni situasiyanın formalaşmasına baxmayaraq mövcud vəziyyətlə barışmaq istəməyən qüvvələr pozuculuq fəaliyyətini davam etdirir. Son bir neçə gün ərzində Ermənistanın silahlandırılması ilə bağlı xəbərlərin yayılması buna bariz nümunədir".

Newscenter.az xəbər verir ki, bunu AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, İkinci Qarabağ Müharibəsində ordusunun böyük bir hissəsi məhv edilən Ermənistanın silahlı qüvvələrini yenidən formalaşdırması gözlənilən idi:

"Lakin burada əsas diqqət edilməli məqam prosesin hansı tezislər üzərindən icrası ilə bağlıdır. Çox təəssüf ki, rəsmi İrəvan silahlanma tendensiyasını revanşist meyllər əsasında inkişaf etdirir. Bu isə iki ölkə arasında baş tutan sülh danışıqlarına müxalif addımlardır".

AVP funksioneri deyib ki, Azərbaycan torpaqlarının işğalı fonunda uzun müddət ölkə süverenliyini Rusiyaya peşkəş edən Ermənistan, bu gün də Azərbaycan düşmənçiliyini əsas gətirərək eyni prosesi başqa dövlətlərlə təkrar edir:

"Həmin dövlətlərin önündə isə Fransa qərarlaşır".

Süleyman
Xəbəri paylaş