Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail müxalifətinin lideri Livanı parçalamağa çağırıb

İsrail müxalifətinin lideri Livanı parçalamağa çağırıb


İsrail müxalifətinin lideri Benni Qantz Livanı parçalamağa çağırıb.

Newscenter.az xarici mediaya istinadən bildirir ki, keçmiş hərbi kabinet naziri, hazırda müxalif Milli Birlik partiyasının mərkəzçi rəhbəri olan Benni Qantzın sözlərinə görə, İsrail Məcdəl Şəms raket hücumuna hərtərəfli cavab verməlidir. Qants bunun Livana güclü zərbə, eləcə də ölkənin parçalanması ola biləcəyini vurğulayıb.

Lakin o, ötən ay tərk etdiyi hökuməti “hərtərəfli strateji fəaliyyət planı”na malik olmadığına görə tənqid edib.

Gantz bildirib ki, Baş nazir Benyamin Netanyahu artıq gözləyə bilməz. Zaman ancaq uğursuzluqlar gətirir.


Anar TAĞIYEV
Xəbəri paylaş