Fələstinin ardınca indi də İsrail Livanı hədəf alıb. Düzdür, ilk hücum Livan tərəfdən olsa da, lakin Təl-Əviv qarşısına Livanı parçalamaq planı qoyub. Hər halda İsrail siyasilərinin fikirləri belə deməyə əsas verir.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə deyib ki, İsrailin Livanda Hizbullaha qarşı hərbi əməliyyatları fiaskoya uğraya bilər:
"İsrail Livanda Hizbullaha qarşı əməliyyat planı hazırlayıb. İsrail ABŞ dəstəyi və razılığı olmasa nə HƏMASA qarşı nə də, Hizbullaha qarşı hərbi əməliyyatlar keçirmək gücündə deyil. Yarım ildir Qəzza zolağında HƏMAS üzərində həlledici qələbə qazana bilməyən, İsrail ordusu daha müasir silahlarla silahlanmış Həmasdan daha güclü Hizbullaha qalib gəlməsi sual doğurur.
Hizbullah silahlı təşkilatina Suriyanın Tatrus limanından Rusiya müasir silahlar göndərir. Çünki, Rusiya Ukraynada hərbi əməliyyatlarina görə Livanda yeni cəbhənin açılmasında maraqlıdır. Həmçinin İran bu müharibədə Hizbullahı tam dəstəkləyəcək. İsrail sınaq qarşısındadir".
O deyib ki, İsrailin Livanda hərbi əməliyyatları məğlubiyyətlə nəticələnə bilər:
"Onsuz da HƏMAS qarşısında kifayət qədər mövqeyi zəifləyib. Əgər, İran Livanda Hizbullahla birgə hərbi əməliyyatlara başlayarsa, ABŞ müharibəyə qoşula bilər. Çünki İsrailin hərbi məğlubiyyəti qaçılmaz olA abiler. Bu da ABŞ təhlükəsizlik maraqlarına cavab vermir".
Süleyman