Fransa özünün antiAzərbaycan mövqeyi ilə yenə də diqqət mərkəzindədir. Bu ölkədə Azərbaycana qarşı nifrət hissi o dərəcədə formalaşıb ki, hətta idman yarışlarından da siyasi məqsədlər üçün istifadə edir. Elə AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, AVP rəsmisi bildirib ki, siyasi müstəvidə istədiklərini əldə edə bilməyən Fransa, olimpiya oyunlarını siyasiləşdirməklə növbəti antiAzərbaycan mövqeyi ilə gündəmə gəldi:
"Məsələnin politik motivləri haqqında qeyd etməkdən öncə, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri, Avropanın siyasi lokomotivi hesab olunan Fransanın bu qədər ucuz piyara əl atması həqiqətən gülünc doğuran bir haldır. Bu həm də rəsmi Parisin acizliyinin bir göstəricisidir".
Pərviz Mirizadə deyib ki, Cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan diplomatiyası bütün müstəvilərdə sözügedən ölkənin Cənubi Qafqaz regionu ilə bağlı iddialarını bloklamağı bacardı:
"Çünki onların əsas istəyi müstəqil siyasi mövqeyə malik, beynəlxalq müstəvidə nüfuzu və çəkisi olan Azərbaycan kimi tərafdaşla əməkdaşlıq etmək deyil, Ermənistan kimi forpost, başqa bir gücün qarantorluğunda möhtac və hər daim onların maraqları kontekstində mövqe sərgiləyən yarı müstəqil dövlətlə əməkdaşlıqdan yanadır. Bu isə regionda nüfuz sahibi olmaq iddialarından qaynaqlanır. Bu gün rəsmi Parisin ölkəmizə qarşı mənfi münasibətini təkcə Fransa-Azərbaycan aspektindən qiymətləndirmək fikrimcə təktərəfli yanaşma olar. Burada həm də Türkiyənin regionda artan gücünün verdiyi narahatlıqdan qaynaqlanan motivlər də mövcuddur".
Pərviz Mirizadə deyib ki,Emanuel Makronun hakimiyyəti dövründə bir çox istiqamətdə məğlubiyyət yaşayan Fransa, onu Şimali və Mərkəzi Afrika həmçinin Şərqi Aralıq dənizində sıxışdıran Türkiyə ilə Cənubi Qafqazda Ermənistan kartı doğrultusunda mübarizə aparmaq niyyətindədir:
"Lakin Yelisey Sarayının gedişləri istər Ankara, istərsə də Bakı tərəfindən təsirsizləşdirilir. Geriyə isə gülünc vəziyyətə düşmüş Fransa və onun imicini ləkələyən prezident Makron qalır".
Süleyman