COP29-a hazırlıq çərçivəsində paytaxtın küçə və prospektlərində infrastruktur yenilənir, yollara yeni asflat örtüyü salınır. Ancaq təəssüflər olsun ki, bir sıra hallarda bu işi həyata keçirən qurumlar onu yarımçıq, başdan eləmə kimi yola verirlər. Necə ki, Yeni Salyan yolu 22 ünvanında olduğu kimi.
Newscenter.az məlumat verir ki, artıq 2 gündür sözügedən magistral yolun asfalt örtüyü yenilənib. Ancaq yola hər hansı bir zolağın, piyada keçidi işarəsinin çəkilməsi və ya qoyulması, yolda xətləmə işlərinin aparılması yaddan çıxıb. Bu da son iki gün ərzində ərazidə yol-nəqliyyat hadisəsi hallarının artması və hərəkət qaydalarının kobud şəkildə pozulmasına gətirib çıxarıb.
Ümid edirik ki, müvafiq qurumlar tezliklə yol verdikləri kobud nöqsanların aradan qaldırılmasına çalışacaqlar.
Anar Əliyev