Qazaxıstanda buğda idxalına qoyulan qadağa ilin sonuna qədər uzadılıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, həmçinin, Qazaxıstan ərazisindən damazlıq və xırdabuynuzlu heyvanların ixracına qoyulan qadağaaltı aya qədər uzadılıb. Bu qadağa Qazaxıstanda bu il yanvarın 8-də tətbiq edilib.
Dövlətin südçülük təsərrüfatlarının irimiqyaslı tikintisi və Avstraliya üsulu ilə heyvandarlığın inkişafına dəstək verilməsi vəzifələrini nəzərə alaraq, qadağanın daha 6 ay müddətinə uzadılması qərara alınıb
Bundan başqa, Qazaxıstan ərazisinə buğdanın bütün növ nəqliyyat vasitələri ilə gətirilməsinə qoyulan qadağa ilin sonuna qədər uzadılıb. Rusiya Federasiyasının sərhədyanı rayonlarından buğdanı “gizli sxem”lə ölkəyə gətirmək və avtomobillə geriyə ixrac etmək təhlükəsi hələ də aradan qalxmayıb. Qazaxıstanda ötən illə müqayisədə daha yüksək olacağı gözlənilən dənli bitkilərin məhsulu ilə bağlı proqnozlar da nəzərə alınıb.
Natiq Orucov