Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb, Birləşmiş Ştatlar regionda yeni müharibə arzusundadır

Qərb, Birləşmiş Ştatlar regionda yeni müharibə arzusundadır


"Ermənistanın sürətlə silahlandırılması, bu ölkə ordusuna döyüş təlimlərinin keçirilməsi Cənubi Qafqazda yeni müharibəyə rəvac verməkdir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Birləşmiş Ştatlar və Qərb bu çirkin plan üzərində aktiv şəkildə işləyir".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Amerika hərbiçilərinin Ermənistana gələrək onlara təlimlər keçməsi, Fransanın bu ölkəyə hücum silahları, özüyeriyən artileriya qurğuları verməsi deyilənlərin əyani sübutudur:

"Eyni ilə Ukrayna ssenarisi Ermənistanda tətbiq edilir. Necə ki, Amerika Ukrayna hərbiçilərinə təlim keçməklə bu ölkəni Rusiyaya qarşı körükləyirdi, eyni ilə də hazırda Vaşinqton erməni hərbiçilərinə döyüş təlimləri keçməklə onu Azərbaycana qarşı müharibəyə hazırlayır. Həmçinin, NATO Ukraynanı döyüş texnikası ilə təmin etdiyi kimi, Hərbi Alyansın üzvü olan Fransa da Ermənistana hücum silahları, döyüş texnikaları verir. Bir sözlə regionda çox təhlükəli proseslərə start verilir".

Süleyman
Xəbəri paylaş