Rusiyada iş vaxtı il ərzində 120 saat səviyyəsində müəyyənləşdirilə bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiya Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranların İşləri Komitəsinin rəhbəri Yaroslav Nilov iyulun 29-da Dövlət Dumasına qeyri-müntəzəm iş vaxtını ildə 120 saatla məhdudlaşdıran qanun layihəsi təqdim edəcək.
Sənəddə işəgötürənlərin qeyri-müntəzəm iş günündən işçilərin qanuni hüquq və mənafelərinə zərər vurmaqla sui-istifadə etmə ehtimalını istisna etmək üçün qanun layihəsində qeyri-müntəzəm iş günü ərzində əlavə iş saatlarının maksimum sayını müəyyən edən dəyişikliklərin edilməsi təklif edilir.
Qanun layihəsində təklif edilir ki, qeyri-müntəzəm iş vaxtı işləyən işçilərə müddəti faktiki işlədiyi vaxta mütənasib olaraq “iş ilinin saatları ilə müəyyən edilmiş iş gününün (növbənin) müddətindən artıq müəyyən edilən illik əlavə ödənişli məzuniyyət verilsin.
Mehman Mehdiyev