Slovakiyanın baş nazirinin müavini Tomas Taraba "Paris-2024" Olimpiadasının bağlanış mərasiminə getməkdən imtina edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Tomas Taraba bu addımı Olimpiadanın açılış mərasimində baş verən qeyri-etik hərəkətlərlə əlaqələndirib.
Baş nazirin müavini qeyd edib ki, bu hadisə normal dünya üçün həmişə idmanın gözəlliyindən sui-istifadə edən və ondan mütərəqqi siyasi teatr yaradan pozulmuş tənəzzülün iyrənc simvolu olacaq.
Qeyd edək ki, iyulun 26-da Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimi bir neçə insidentlə yadda qaldı. Eyfel qülləsi yaxınlığındakı Olimpiya bayrağı bayraq dirəyinə tərsinə asıldı, tədbirdə diktorlar Cənubi Koreyadan olan idmançıların KXDR-in nümayəndələri olduğunu bildirdilər, və s.
Anar TAĞIYEV