Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqaz Qərblə Rusiya arasında geopolitik maraqlarının toqquşduğu plasdarımdı

Cənubi Qafqaz Qərblə Rusiya arasında geopolitik maraqlarının  toqquşduğu plasdarımdı


Azərbaycan və Ermənistan arasında payızda yeni bir müharibənin olacağı barədə müxtəlif fikirlər səslənir. Hətta bu günlərdə Türkiyənin hakim partiyasının nümayəndəsi də belə bir ehtimalla çıxış edib. Lakin politoloq Məhəmməd Əsədullazadə bunu istisna edir.

Newscenter.az-ın xəbərinə görə, politoloq bildirib ki, Azərbaycanla Ermənistan arasında hərbi eskalasiya gözlənilmir:

"Azərbaycanda payızda COP29 beynəlxalq konfransı keçiriləcək. Məhz Azərbaycan Ermənistanla hərbi eskalasiyada maraqlı deyil. Eyni zamanda Qərbdə Fransa və bir sıra mərkəzlər, həmçinin Rusiya sülhün əldə edilməsində maraqlı deyil. Çalışılır ki, Azərbaycan və Ermənistan arasında hərbi eskalasiya baş versin. Fransa məhz COP29-u boykot etmək üçün hərbi təxribatlarda maraqlıdır".

Məhəmməd Əsədullazadə bildirib ki, Rusiyanın vasitəçilik təşəbbüsü ilə çıxış etməsi, iki ölkə arasında sülhə imkan verməmək, idarə olunan yeni böhran yaratmaqdır:

"Əgər, Rusiya Ukraynada hərbi qələbə əldə edəcəksə, Azərbaycan daxil olmaqla Cənubi Qafqazi tam nəzarət altına alacaq
Türkiyəni də Qafqazdan çıxaracaq və Mərkəzi Asiya siyasətinin qarşısını alacaq. Cənubi Qafqaz Qərblə Rusiya arasında geopolitik maraqlarının toqquşduğu plasdarımdı. Məhz Azərbaycan və Ermənistan arasında sülhün gecikməsi bu geopolitik qarşıdurmadan irəli gəlir"

Anar Əliyev
Xəbəri paylaş