"İran İslam Respublikası Azərbaycanın regiondakı mövqeyini və rolunu nəzərə almalıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev son vaxtlar istiləşməyə doğru gedən Azərbaycan-İran münasibətlərindən danışarkən səsləndirib. O bildirib ki, Azərbaycan hər zaman region, qonşu dövlətlərlə münasibətlərini ən yüksək səviyyədə qurmağa, həmin münasibətləri inkişaf etdirməyə maraqlı olub:
"Təəssüflər olsun ki, zaman-zaman biz cənub qonşumuzdan bunun əksini görmüşük. Ancaq hazırkı İran prezidenti Azərbaycanla münasibətlərə yenidən nəzər salmağa maraqlı görünür. Hesab edirəm ki, yeni rəhbərliyin zamanında Azərbaycanla İran arasında münasibətlər inkişaf edə bilər. Çünki İran Azərbaycanın regiondakı gücü, mövqeyi və tutduğu yeri nəzərə almalıdır".
Anar Əliyev