Türkiyənin İzmir şəhərində 18 qeyri-qanuni immiqrant saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bundan başqa daha 18 qeyri-qanuni mühacir batmaq təhlükəsindən xilas edilib.
Məlumata görə, hadisə İzmirin Urla rayonu sahillərində qeydə alınıb.
Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Urla rayonu sahillərində rezin qayıqda qeyri-qanuni mühacirlərin olması xəbəri üzərinə bölgəyə qrup göndərilib.
Sahil Mühafizəsinin botunda qruplar tərəfindən dayandırılan rezin qayıqda 9-u uşaq olmaqla 18 qeyri-qanuni immiqrant saxlanılıb.
Qeyri-qanuni immiqrantlar əməliyyatlarının ardından İl Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.
Mehman Mehdiyev