Belarus prezidenti Aleksandr Lukaşenko edama məhkum edilmiş Almaniya vətəndaşını əfv edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Riko Kriger Belarusda Respublikasında terror fəaliyyətinə görə ölüm cəzasına məhkum edilmişdi.
“Dövlət başçısı bütün halları nəzərə alaraq əfv haqqında qərar qəbul edib”, - deyə Prezidentin Mətbuat Xidmətinin məlumatında deyilir.
Mehman Mehdiyev