Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT sədri imza vərəqələrini DSK-ya təhvil verib

QHT sədri imza vərəqələrini DSK-ya təhvil verib


Sentyabrın 1-də ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürmüş "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" İctimai Birliyinin sədri Susana Məmmədova imzatoplama kampaniyasını başa vurub.

Bu barədə məlumatı Newscenter.az-a deputatlığa namizəd özü verib. Bildirib ki, iyulun 30-da namizədliyin qeydə alınması üçün lazım olan 500 imza toplanaraq 70 saylı Neftçala Dairə Seçki Komissiyasına təqdim olunub

"Ümid edirəm ki, yaxın günlərdə deputatlığa namizədliyim qeydə alınacaq və növbədənkənar seçkilərin növbəti mərhələlərini yenə də Sizinlə birlikdə keçəcək və qarşımıza qoyduğumuz məqsədə nail olacağıq Bu prosesdə mənə yaxından dəstək olan hər bir neftçalalıya dərin təşəkkürümü bildirirəm",-deyə Susana Məmmədova vurğulayıb.



Nərgiz Əzizova
Xəbəri paylaş