Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada ticarət mərkəzi yanır

Rusiyada ticarət mərkəzi yanır


Rusiya Federasiyasının Simferopol şəhərində ticarət mərkəzində yanğın baş verib.

Newscenter.az TASS-a istinadən bildirir ki, dərhal hadisə yerinə gələn xilasedicilər ticarət mərkəzindən ziyarətçilər və işçilər təxliyə ediblər.

"Lotsman" ticarət mərkəzində yanğının hansı səbəbdən baş verdiyi barədə hələlik heç bir ehtimal yoxdur. Rusiya Fövqəladə Hallar Nazirliyinin Krım Respublikası üzrə mətbuat xidmətinin yaydığı məlumatda isə bu istiqamətdə araşdırmaların getdiyi bildirilir.

Bildirilir ki, yanğının sahəsi 500 kvadratmetrə qədər artıb. Yanğın binanın üçüncü mərtəbəsində baş verib.

Mehman Mehdiyev
Xəbəri paylaş