İran prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda İraq Kürd Regional Rəhbərliyinin (KRH) sədri Neçirvan Bərzani ilə görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin X sosial media platformasında qeyd edilib ki, Fidan-Bərzani görüşündə Türkiyə-İraq münasibətləri, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, eləcə də regional məsələlər müzakirə edilib.
Anar Əliyev