Avrasiya İqtisadi İttifaqı və Hindistan azad ticarət zonası yaradacaq. Bu məqsədlə tərəflər azad ticarət zonasının yaradılması haqqında saziş bağlamaq niyyətindədir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Aİİ və Hindistan arasında əlaqələr ümumi daxili məhsulun qarşılıqlı artmasına imkan verəcək.
Bu, hər iki tərəfdən biznes və istehlakçılar üçün faydalı olacaq. Məsələn, sıfır tarif rejimi tətbiq olunarsa, ixrac edilən mallara sıfır rüsum tətbiq ediləcək.
Müqaviləyə əsasən, iki və ya daha çox ticarət tərəfdaşı tərəflər arasında alqı-satqı edilən malların maksimum sayda gömrük rüsumunu ləğv edəcək və ya əhəmiyyətli dərəcədə azaldacaq. Bu, Hindistan malları və xidmətləri üçün daha çox bazara çıxış təmin edəcək.
Natiq Orucov