Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baxçalı: Haniyənin öldürülməsinin ağır nəticələri olacaq

Baxçalı: Haniyənin öldürülməsinin ağır nəticələri olacaq


"Həmas Siyasi Bürosunun sədri Haniyənin Tehranda sui-qəsd nəticəsində öldürülməsi Yaxın Şərqi əhatə edən xaosu daha da dərinləşdirəcək. İsmail Haniyənin öldürülməsinin, şübhəsiz ki, ağır nəticələri olacaq".

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

MHP lideri hesab edir ki, İsrailin Qəzzəyə və nəticədə Livana hücumları ilə eyni vaxtda İsmayıl Haniyə sui-qəsdinin həyata keçirilməsi heç də təsadüfi deyil.

“Kartlar açıq şəkildə oynanılır, adı açıqlanmayan müharibə vəziyyəti dövriyyədədir”,-deyə MHP sədri bildirib.

Anar Əliyev
Xəbəri paylaş