Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu, İsrailin İrana müharibə elanidir

Bu, İsrailin İrana müharibə elanidir


"İsrailin Tehranda İsmayıl Haniyəni qaldığı evdə PUA və yaxud raketlə vurması, birbaşa Tehranın suverenliyini və təhlükəsizliyini təhdid etdi. Bu, İsrailin İrana müharibə elanidir".

Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Tehranın dəvət etdiyi ali qonağa qarşı hücum şərqdə yaxşı qarşılanmır:

"İsrail İranın havadan müdafiə sistemlərini yarmaqla, ali qonağın iqamətgahına zərbə endirib. Görünür, İranın hava müdafiə sistemlərinə kiber müdaxilə edilməklə, sistem yararsız hala gətirilib. Belə bir zərbələr İranın prezident sarayına və Ali dini rəhbərin iqamətgahına endirilən bilər.

Göründüyü kimi, İranın fəxr etdiyi güclü təhlükəsizlik sistemi və havadan müdafiə imkanları çox zəifdir. Təbii ki, İsrail ABŞ razılığı olmadan belə bir əməliyyat keçirə bilməzdi. Belə bir əməliyyat Hizbullah lideri Həsən Nəsrullahin aradan götürülməsi istiqamətində keçirilməsi istisna deyil".

Politoloq deyib ki, İranın yeni prezidenti çətin sınaqlarla üz-üzədir:

"Bir tərəfdən ölkənin təhlükəsizlik strukturlarında deqradasiyaya baş verib. Həmçinin İsraillə münasibətlər hərbi müstəviyə keçib. İsrailin Livanda Hizbullaha qarşı hərbi əməliyyatlari İsrail-İran müharibəsinin fitilini çəkə bilər. Prezident M. Pezeşkian ilk gündən çətin siyasi karyerası ilə üzləşib. İranla İsrail arasında baş verəcək hər hansı bir qarşıdurmada Azərbaycan öz neytral mövqeyini davam etdirəcək".

Süleyman
Xəbəri paylaş