Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri ilə bağlı 13 ölkədə məqalə dərc olunub

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri ilə bağlı 13 ölkədə məqalə dərc olunub


Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Qərbi Azərbaycan həqiqətləri” layihəsi 31.07.2024 tarixində yekunlaşıb. Layihənin məqsədi Qərbi Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq aləmi məlumatlandırmaq, Ermənistanın etnik təmizləmə siyasətini ifşa etmək, dünya ictimaiyyətində Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdış prosesi haqqında düzgün fikir formalaşdırmaq idi. Həmçinin məqsəd əcnəbi jurnalist və QHT-lərlə tərəfdaşlığı gücləndirərək rəsmi İrəvanın bu kimi mövzularda Azərbaycanla bağlı yalan məlumatlarının qarşısını almaq, xaricdə media dayaqlarımızı gücləndirmək və diasporumuzu bu işə təşviq etmək idi.

3 ay müddətində həyata keçirilən layihə çərçivəsində Qərbi azərbaycanlıların soyqırıma, deportasiyalara məruz qalması, bu soydaşlarımızın hüquqlarının bərpa olunması, Qərbi Azərbaycanda tarixi-mədəni abidələrimizin dağıdılması və s. mövzularla bağlı xarici mediada məqalələr dərc olunub. Belə ki, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Əlcəzair, Livan, Qazaxıstan, İordaniya və İraqın portallarında “Qərbi Azərbaycana qaytımaq amalı ilə yaşayanlar” və “Beynəlxalq ictimaiyyətə mesaj: Azərbaycanlıların öz doğma vətənlərinə, Qərbi Azərbaycana qayıtmaq hüququ təmin edilməlidir” başlıqları ilə məqalə dərc olunub. ABŞ və Pakistan mediasında isə “Azərbaycanın maddi-mənəvi sərvətləri dünya mədəni irsinin tərkib hissəsi kimi” başlığı ilə məqalə yayımlanıb.

Özbəkistan, Türkiyə və Ukrayna saytlarında isə “Qərbi Azərbaycan həqiqətləri” sərlövhəli məqalə dərc edilib. Ümumi olaraq məqalələr 13 ölkənin 18 saytında yayımlanıb.

Xəbəri paylaş