Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Haniyənin öldürülməsi HƏMAS-ı zəiflədəcək

Haniyənin öldürülməsi HƏMAS-ı zəiflədəcək


"Fələstinin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmail Haniyənin Tehranda sui-qəsd nəticəsində öldürülməsi heç şübhəsiz ki, yeni təhlükəli siyasi və hərbi davranışlar doğuracaq".

Newscenter.az xəbər verir ki, bunu politoloq Mütəllim Rəhimli deyib. O bildirib ki, terror aktı kimə qarşı həyata keçirilməsindən asılı olmayaraq qəbul edilməzdir və törədildikcə tətbiq olunduğu ərazilər genişlənir:

"Bu mənada regionda və hətta ondan kənarda terror təhlükəsi çoxalacaq. İkincisi, Haniyənin öldürülməsi HƏMAS-ı zəiflədəcək, lakin regionda terror çoxalacaq, sabitlik daha çox təhdid ediləcək. Üçüncüsü, İranın İsrailə fövqəladə zərbələr endirəcəyi gözlənilən deyil. Lakin İranın arzusuna uyğun olaraq İsrailə qarşı nifrətin artacağına şübhə yoxdur. Bu da imkan verir ki, İsrailə qarşı müqavimət genişlənsin. Dördüncüsü, indi İran öz gücü ilə deyil, İsrailin amansızlığı hesabına xal qazanmağa çalışacaq. Beşincisi, İsrailin baş nazirinin Vaşinqtonda ABŞ prezidenti Baydenlə görüşündən sonra bu hadisənin baş verməsi təəccüblü suallar doğurur. Altıncısı, Rusiyanın hadisəyə münasibəti prosesin qanlı məcarada davam edəcəyini göstərir. Yeddincisi, ən pis gözlənti odur ki, Yaxın Şərq addım-addım böyük müharibəyə sürüklənir".

Mütəllim Rəhimlinin sözlərinə görə, ən pis gözlənti odur ki, Yaxın Şərq addım-addım böyük müharibəyə sürüklənir.

Süleyman
Xəbəri paylaş