"Bu gün İranda baş verən acı hadisə Fələstin xalqının liderinə qarşı təşkil edilmiş xain sui-qəsddir. Həmas lideri İranın yeni seçilmiş prezidentin andiçmə mərasimində iştirak zamanı İsrailin hücumuna məruz qalıb".
Newscenter.az xəbər verir ki, bunu EkoAvrasiyanın İdarə Heyətinin sədri Hikmet Eren səsləndirib. O bildirib ki, bu sui-qəsd təkcə İsrailin sərhədsiz təcavüzünü və beynəlxalq hüququ heçə saymamasını nümayiş etdirmədi, həm də İsrailin bölgədə sülhü pozmaq üçün məkrli planlarında iştirakını sübut etdi:
"Eyni zamanda İranda xəyanətkarların nə qədər dərində olduğu və İsrailin bu ölkədə varlığını gözlər önünə gətirdi".
Hikmet Eren, "Türkiyə regionun ən həssas ölkələrindən biri kimi bu cür oyunlara qarşı hər zaman ayıq olmalıdır. Daxili çaşqınlıq və sui-qəsd yaratmaq cəhdləri də Türkiyənin birlik və bərabərliyini hədəfləyir. Ancaq biz bu torpaqlarda qardaşlıq və həmrəylik içində yaşamağa davam edəcəyik.
Bu sui-qəsd təkcə liderin itkisi deyil, bölgədə sülh ümidlərinə zərbədir. Fələstində bu günə qədər öldürülən minlərlə günahsızın dərdi İsrailin vicdanında qara ləkə kimi qalacaq",-deyə bildirib.
Süleyman