"HƏMAS liderinin İranda öldürülməsi bölgənin gələcəyi üçün heç də yaxşı şeylər vəd etmir".
Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Arzuman Abdulkərimov deyib. O bildirib ki, HƏMAS liderinin öldürülməsi təkcə Yaxın Şərq deyil, eyni zamanda digər regionlar üçün də müəyyən problemlər yarada bilər. Arzuman Abdulkərimov Azərbaycanın bu kimi problemlərin öhdəsindən gələcəyi qənaətindədir:
"Əminəm ki, Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasət həmişə olduğu kimi, bu dəfə də ölkəmizi mümkün bəlalardan qoruyacaq. Tanrı Dövlətimizi qorusun!".
Süleyman