Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

HƏMAS liderinin öldürülməsi təkcə İrana yox. eyni zamanda Qərbə mesajdır

HƏMAS liderinin öldürülməsi təkcə İrana yox. eyni zamanda Qərbə mesajdır


HƏMAS lideri İsmayıl Haniyenin Tehranda öldürülməsi İranı çox çətin bir vəziyyətə salan mıəsələdir. Bu İranda təhlükəsizlik sisteminin zəifliyini göstərir.

Newscenter.az xəbər verir ki, bunu politoloq Zeynal Əmrəliyev deyib. O bildirib ki, sözügedən hadisə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianı çox çətin sınaq qarşısında qoyur:

"Çünki həm Məsud Pezeşkian, həm onun komandası. xüsusilə də xarici siyasətdə aktiv rol alacağı gözlənilən, keçmiş xarici işlər naziri Muhammed Zerifin Qərblə əlaqələri yaxşı tutmaq və İsraillə münasibətləri normal saxlamaq istiqamətində siyasət aparacağı gözlənilirdi. Ancaq SEPAH və İran parlamentinə daxil olan bəzi deputatlar. hətta İranın məhkəmə sistemi belə bu məsələdən narazı idi. Onlar dəfələrlə bildiriblər ki, Qərblə müsbət ritorika yaxşı heç nə vəd etmir".

Politoloq deyib ki, İsrailin özündə də bu məsələ ətrafında narahatçılıq vardı:

"Çünki İsrail maksimum dərəcədə çalışır ki, Qərbin İrana qarşı ritorikası hər zaman sərt olsun. İran və Qərbin arasındakı münasibətlərin müsbət məcrada olması İsrailə sərf etmir. Buna görə də İsrail maksimum dərəcədə əlində olan bütün imkanlardan istifadə etməyə çalışacaq ki, İranla Qərbin, ABŞ-ın münasibətləri pis olsun".

Zeynal Əmrəliyev deyib ki, HƏMAS liderinin İran prezidentinin andiçmə mərasimi zamanı Tehranda öldürülməsi bir sıra sualları ortaya çıxarır:

"Çünki İsrailin HƏMAS liderini başqa ölkədə öldürmək imkanı da vardı. Ancaq məxsusi şəkildə Tehranda öldürüldü. Bu baxımdan deyərdim ki, bu təkcə İrana yox. eyni zamanda Qərbə mesajdır ki, İranla münasibətlər daima pis olmalıdır. Eyni zamanda Qərb İsraili dəstəkləməyə borcludur. Yəni, İsrail heç bir zaman imkan verməyəcək ki, İranla Qərbin münasibətləri düzəlsin və Qərb İsrailə qarşı olan münasibətindən əl çəksin. Şübhəsiz ki, İran buna cavab verməlidir. Eyni zamanda İranda təhlükəsizlik qüvvələrində ciddi təmizləmə, həbslərin olacağı gözləniləndir. Çünki bu hadisə İran təhlükəsizlik qüvvələrinin zəif tərəfini üzə çıxardı. Düşünürəm ki, bu Pezeşkian hökumətinin ilk ciddi sınağı olacaq".

Süleyman
Xəbəri paylaş