"HƏMAS lideri İsmail Haniyənin İranda raket zərbəsi ilə öldürülməsi ciddi hadisədir. Hələ ki, raket zərbəsiin hansı ölkə tərəfindən etdirilməsi tam dəqiqləşdirilməsə də nəzərlər İsrailə yönəlib".
Newscenter.az xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu deyib. O bildirib ki, bu gün İran Ali Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb:
"İranda HƏMAS liderinin qətlə yetirilməsi Tehran rejimin beynəlxalq nüfuzuna zərbədir. Eyni zamanda bu İrana bağlı proksi qüvvələri arasında da təsirsiz ötüşməyəcək. Odur ki, İran məcbur olacaq imicini və nüfuzunu qorumaq üçün müəyyən cavab tədbirlərinə əl atsın. Ümumilikdə götürdükdə İsrailin son addımları qızışdırıcı xarakter daşıyır və digər ölkələri də bu müharibəyə təhrik edir. Baş Nazir B.Netanyahunun Birləşmiş Ştatlara səfərindən sonra İsrailin aqressiyasını artırması onu deməyə əsas verir ki, Vaşinqton buna razılıq verib və daha təhlükəli planlar barədə ortaq məxrəcə gəlinib".
Əli Oruclu hesab edir ki, İ.Haniyınin öldürülməsi regionda münaqişəni və zorakılıqları daha da şiddətləndirməklə yanaşı, bunu geniş coğrafiyaya sıçradacaq:
"Yaxın Şərq böhranının həlli isə silah deyil, diplomatik vasitədən, müstəqil Fələstin dövlətinin yaranmasından keçir".
Süleyman