Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Formula1"lə bağlı qərarlar verib

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Formula1"lə bağlı qərarlar verib



Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin 13-15 sentyabrda Bakıda keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar yaratdığı komissiyanın növbəti iclası keçirilib.

Newscenter.az Xidmətə istinadən xəbər verir ki, toplantıda yarışlarla bağlı həyata keçiriləcək işlər, planlamalar, o cümlədən birinci toplantıda qaldırılan məsələlər, irəli sürülən təkliflər ətrafında, mövcud vəziyyətin qiymətləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Xidmətin müavinləri – komissiya sədri Tahir Xəlilov, sədr müavini İlqar Tağıyev, komissiyanın və işçi qrupunun üzvlərinin iştirakı ilə keçirilən iclasda real vəziyyət, qurumun üzərinə düşən işlərin gedişatı təhlil edilərək müvafiq qərarlar qəbul olunub.

Süleyman
Xəbəri paylaş