Sentyabrın 1-də ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində mübarizə aparmağı qərarlaşdıran VI çağırış Milli Məclisin deputatı Könül Nurullayevanın deputatlığa namizədliyi qeydə alınıb.
Newscenter.az xəbər verir ki, bunu Könül Nurullayeva özü deyib. Bildirib ki, 24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli Məclisə deputatlığa namizədliyinin qeydə alınmasından qürur hissi keçirir:
"Mənə artıq doğma olan Bakı şəhəri Nizami rayonu sakinlərini Parlamentdə təmsil etmək, öhdəmizə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmək üçün var gücümüzlə çalışmağa hazırıq! Bütöv və güclü Azərbaycan üçün birlikdə irəli!".
R.Mehdiyeva