Rusiya Federasiyası Hökuməti 2024-cü ilin sentyabr-oktyabr aylarında benzinin ixracına qadağa qoyulması barədə qərar qəbul edib,
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Energetika Nazirliyi rəhbərinin birinci müavini Pavel Sorokin Dövlət Dumasında bildirib.
Hökumət idarələrə benzin ixracına qadağa layihəsi təqdim etməyi tapşırıb.
Bu aylarda hər hansı problem yaşanmaması üçün avqustda ixrac qadağası götürülməyəcək, yəni avqustda benzinin ixracına qadağa qoyulacaq. Eyni zamanda ixrac qadağası sentyabr-oktyabr ayları üçün də keçərli olacaq.
Mehman Mehdiyev