Rəsmi Moskva Finlandiyanın Rusiya sərhədi yaxınlığında keçirilən hərbi təlimlərini NATO-nun təxribatı kimi səciyyələndirir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin deyib.
O bildirib ki, antiRusiya ab-havası Ukraynadan daha tez Finlandiyadan yaradılıb
Diplomat qeyd edib ki, Helsinkinin bu cür hərəkətləri Finlandiyanın Şimali Atlantika Alyansına davam edən sürətləndirilmiş inteqrasiyası çərçivəsində həyata keçirilir:
“Biz görürük ki, bu şimal Avropa ölkəsinin siyasi rəhbərliyi dərin və əsassız rusofobiya vəziyyətində olmaqla, öz milli maraqlarını könüllü olaraq qurban verir. O, bir vaxtlar mehriban qonşu olan Finlandiyanı NATO-nun Baltik dənizi və Arktika regionunda militarist istəklərinin forpostuna çevirir”.
Mehman Mehdiyev