2026-cı ildə Türkiyədə qadınların sayı kişilərdən çox olacaq.
Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, Türkiyədə qadınların sayı 86 ildən sonra ilk dəfə 2026-cı ildə kişi əhalisini ötəcək.
Məlumata görə, ötən il ölkə əhalisinin sayı 85 milyon 372 min 377 nəfər olub ki, bunun da 42 milyon 734 min 71-i kişi, 42 milyon 638 min 306-sı qadındır.
Qurumun əhali proqnozlarına görə, bu il ölkə əhalisinin 42 milyon 933 min 857 nəfərini kişi, 42 milyon 878 min 19 nəfərini qadın olmaqla ümumilikdə 85 milyon 811 min 876 nəfərə çatdıracağı gözlənilir.
Nərgiz Əzizova