Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin turizm gəliri 14,8 milyard dolları keçib

Türkiyənin turizm gəliri 14,8 milyard dolları keçib


Türkiyənin turizm gəliri cari ilin ikinci rübündə 14,8 milyard dolları keçib.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirilir ki, Türkiyənin turizm gəliri ilin ikinci rübündə əvvəlki ilin eyni dövrünə görə yüzdə 11,8 artıb.

Turizm gəlirlərinin 15,9 faizi xaricdə yaşayan Türkiyəyə səfər edən vətəndaşlardan əldə edilib.

Ziyarətçilər səyahətlərini şəxsi və ya paket turlar kimi təşkil edirdilər. Bu rübdə edilən xərclərin 10 milyard 330 milyon 968 min dollarını şəxsi xərclər, 4 milyard 544 milyon 550 min dollarını isə paket tur xərcləri təşkil edib.

Ölkəni tərk edənlərin sayı əvvəlki ilin eyni rübünə görə 15 faiz artaraq 16 milyon 97 min 884 nəfərə çatıb.

Natiq Orucov
Xəbəri paylaş