"HƏMAS liderin İsmayıl Haniyənin öldürülməsinin regionda gərginliyi artıracağına səbəb olacağı fikri doğru deyil. Əvvəla Haniyə Tehranda öldürülüb. Hələlik bu aktı kimin həyata keçirdiyi bəlli deyil. Hadisə Tehranda olduğu üçün bundan İran hakimiyyəti cavabdehdir".
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, İran hakimiyyəti əgər onun təhlükəsizliyin qoruya bilməyibsə, bu, onların problemidir:
"Yaxın Şərq isə onsuz da barıt çəlləyinin üstündədir. Hər an partlaya bilər. Buna bir qığılcım bəs edər. Amma bu elə də asan məsələ deyil. Tərəflər ciddi qarşıdurmadan çəkinirlər. Hesab edirəm ki, İsrail Yaxın Şərqdə söz sahibi kimi regiona hakimdir. Hansısa qarşıdurma olacaqsa, bu, regionda ciddi fəsadlara səbəb ola bilər. Region uzun müddət qarşısıalınmaz proseslərə təkan verə bilər. Bu, regionda ümumən sabitlik olmayıb. Region bu kimi gərginliklər fonunda yaşamağa öyrənib. Bu baxımdan da hesab etmək olar ki, Haniyənin ölümü əgər məqsədli şəkildə regionda gərginliyin artması üçün edilməyibsə, hadisələr sakit keçəcək".
Süleyman