Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür



Dil haqqında müzakirələr yalnız onu zənginləşdirmək üçün aparılanda məqbul və faydalı hesab olunur. Yoxsa başqa bir xalqın və dövlətin dilini öz milli ünsiyyət vasitəmizə paralel, hətta ondan üstün görmək təkcə yolverilməz deyil, həm də müstəmləkə təfəkkürünün daşıyıcısı olmaqdır. Konkret olaraq son zamanlar əcnəbi dillər ilə bağlı sosial şəbəkələrdə aparılan zərərli və ziyanlı müzakirələr bizi milli dilimiz və ideologiyamıza daha qətiyyətlə sahib çıxmağa vadar etməlidir. Bu, məsələnin sosial-psixoloji aspekti...

Bir də milli idrakımızın - yaddaşımızın bələdçisi olan tarix öz vacib xatırlatmasını edir. XIX əsrdə iki bədnam müqavilə (Gülüstan və Türkmənçay) təkcə Vətən torpaqlarımızı iki hissəyə bölmədi, eyni zamanda, dilimizə, milli kimliyimizə və ideologiyamıza qarşı mədəni - ideoloji istila xarakteri daşıdı... Arazı iki sahilə ayıran razılaşmaya imza atılmasından 170, Cümhuriyyətin süqutundan isə 70 ilə yaxın bir müddət sonra milli müstəqilliyin bərpası bizə həm də dilimizə, ideologiyamıza tam sahib çıxmaq imkanı verdi. İndi Azərbaycan dövlətimiz, Azərbaycan dilimiz, azərbaycançılıq ideologiyamız bizi birləşdirən dəyərlərdir. Xalqımızın, dünya azərbaycanlılarının vahidliyini təmin edən konseptual əsaslardır.

Nəhayət, qürbətdə dilimizin həsrəti ilə yaşayanlar varkən yurdumuzda qeyri-milli dilin xiffətini çəkənlər bir daha düşünməlidirlər.

Nurlan Qələndərli-Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Xəbəri paylaş