Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir QHT sədrinin namizədliyi qeydə alındı

Daha bir QHT sədrinin namizədliyi qeydə alındı


Sentyabrın 1-də ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində mübarizə aparmaq üçün 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" İctimai Birliyinin sədri Susana Məmmədovanın namizədliyi qeydə alınıb.

Bu barədə məlumatı Newscenter.az-a Susana Məmmədova özü verib. Bildirib ki, namizədliyini irəli sürüb təsdiqlənməsindən sonra qısa müddət ərzində lazım olan 500 imzanı toplayaraq 70 saylı Neftçala Dairə Seçki Komissiyasına təqdim edib:

"İmzaların yoxlanılmasından sonra namizədliyim qeydə alındı. İndi qarşıda daha çətin, daha gərgin sınaq var. Ümid edirəm ki, indiyə qədər mənə dəstək olan Neftçala əhalisi səsvermə günü də eyni dəstəyi nümayiş etdirəcək və çıxdığımız yolu qələbə ilə balşa vuracağıq".

Nərgiz Əzizova
Xəbəri paylaş