Son bir həftədə Şimali İraq və Suriya da daxil olmaqla 67 terrorçu zərərsizləşdirilib.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ilin əvvəlindən bu günə qədər isə ümumilikdə 1588 terrorçu zərərsiz hala gətirilib.
Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk deyib ki, Türkiyə Silahlı Qüvvələri əməliyyatları əzmlə, regionun tələblərinə uyğun, qeyri-adi, gözlənilməz, sürətli və davamlı icra prinsiplərinə uyğun həyata keçirir.
İraqın şimalında 770, Suriyanın şimalında isə 818 terrorçunun zərərsizləşdirildiyini deyən nazirlik rəsmisi, bundan başqa terror təşkilatının istifadə etdiyi mağaralar, bunkerlər, sığınacaqlar, anbarlar da daxil olmaqla 25 hədəfin müvəffəqiyyətlə məhv edildiyini deyib.
Anar Əliyev