Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk-müsəlman xalqlarının tarixində ilk admiral

Türk-müsəlman xalqlarının tarixində ilk admiral



Azərbaycan və SSRİ-nin türk-müsəlman xalqlarının tarixində ilk admiralı Cəlil Cavadovun doğum günüdür.

Newscenter.az xatırladır ki, Cəlil Cavadov 1 avqust, 1918-ci il tarixdə Bakının Fatmayi kəndində anadan olub. Azərbaycan SSR Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin (OADKYC) Respublika Komitəsinin sədri olan Cəlil Cavadov Böyük Vətən müharibəsi zamanı Qara dəniz, Şimal dənizi, Baltik dənizində, eləcə də Dunay çayında keçirilən hərbi əməliyyatlar zamanı desant çıxarılması və bir sıra şəhərlərin təxliyə olunmasında iştirak edib. O, döyüşlərdə və OADYKC-da xidmətlərinə görə 2 dəfə "Qırmızı Ulduz" ordeni və bir sıra medallarla təltif olunub.

İkinci Dünya Müharibəsi zamanı 2 dəfə "Qırmızı Ulduz" ordeni, "Döyüş xidmətlərinə görə", "Sevastopolun müdafiəsinə görə", "Qafqazın müdafiəsinə görə", "Sovet Zapolyaryesinin müdafiəsinə görə", "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" və "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif olunan Cəlil Cavadov 1968-ci il fevralın 19-da Cəlil Cavadov kontr-admiral hərbi rütbəsinə layiq görülüb. Cəlil Cavadov kontr-admiral rütbəsinə layiq görülən təkcə ilk azərbaycanlı deyil, həm də SSRİ müsəlman xalqlarının ilk nümayəndəsi.

O, 1980-cı il, 6 fevral tarixində vəfat edib.

Anar Əliyev
Xəbəri paylaş