Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il Laçının Güləbird kəndinə köç olacaq

Bu il Laçının Güləbird kəndinə köç olacaq


Növbəti mərhələdə Laçın sakinlərinin Güləbird kəndinə köçürülməsinə başlanılacaq. Kəndə köç bu ilin ikinci yarısında həyata keçiriləcək.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov rayonda keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib.

Prezidentin xüsusi nümayəndəsi bildirib ki, rayonun Qorçu, Şəlvə, Ərikli və digər kəndlərinin də tikintisinə başlanılacaq:

"Laçın ən uzun müddət işğal altında olmuş rayonumuzdur. Hazırda Laçın cənnətməkana çevrilib. Keçən ilin mayın 28-də ilk sakinlər Laçına qayıdıb. Laçın şəhərində iki mindən, Zabux və Susda isə mindən çox sakin məskunlaşıb. Sakinlərin köçürülməsi prosesi bundan sonra da davam etdiriləcək".
Xəbəri paylaş