Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran Prezidenti yaxın gələcəkdə ağır sınaqlarla qarşılaşacaq

İran Prezidenti yaxın gələcəkdə ağır sınaqlarla qarşılaşacaq


İranın yeni seçilmiş prezidenti Məsud Pezişkian fəaliyyətinə heç də uğurla başlaya bilmədi. Andiçmə mərasiminə gələn HƏMAS lideri İsmayıl Hanyenin öldürülməsi Məsud Pezişkian üçün heç də yaxşı hal olmadı.

Newscenter.az-ın xəbərinə görə, elə siyasi ekspert Çingiz Şahbazi də bu qənaətdədir. Onun sözlərinə görə, İranda son vaxtlar baş verən hadisələr, yeni seçilmiş İran Prezidenti Məsud Pezişkianın yaxın gələcəkdə ağır sınaqlarla qarşılaşacağını göstərir:

"Bu sınaqlar ölkənin daxilində və xaricində özünü göstərəcək, kimi görünür. Bu səbəbdən İran məcburdur xüsusilə Türkiyə və Rusiya, eləcə də Ərəb ölkələri ilə münasibətləri yenidən ələ alsın".

Çingiz Şahbazi bildirib ki. İran bizim ən yaxın qonşumuzdur və orada baş verənlərin bizə heç bir halda təsiri ola bilməz fikirləri qəbul edilə bilməz:

"Hər hansı bir müharibənin İranda baş verməsi nəticə etibarilə Azərbaycan üçün indiki vaxtda məqbul hesab edilməməlidir. Çünki belə bir vəziyyətdə ölkəmizə qarşı düşmənlərimiz vəziyyəti dəyərləndirmək istəyəcəklər və bütün çirkin planları həyata keçirməyə çalışacaqlar. Hazırda regionda sabitliyin qorunub saxlanılması istiqamətində atılan bütün addımlar çox mühümdür və bu istiqamətdə xüsusilə İran başda olmaqla bütün region dövlətlər prinsipial mövqe nümayiş etdirməlidirlər".

Anar Əliyev
Xəbəri paylaş