Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pilləyə yüksəlib

Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pilləyə yüksəlib


Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 15-ci pilləyə yüksəlib.

"Report"un məlumatına görə, bu, cüdoçu Zelim Kotsoyevin (100 kq) ötən gün qızıl mükafat əldə etməsi sayəsində mümkün olub.

Daha əvvəl digər cüdoçu Hidayət Heydərov da (73 kq) olimpiya çempionu adını qazanıb.

Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.

Qardaş ölkə Türkiyə və Ukrayna 35-ci (hər ikisi 1 gümüş, 1 bürünc), Gürcüstan isə (1 qızıl, 2 gümüş) 17-ci sıradadır.

İlk "üçlük"də Çin (11 qızıl, 7 gümüş, 6 bürünc), ABŞ (9 qızıl, 15 gümüş, 13 bürünc) və Fransa (8 qızıl, 11 gümüş, 8 bürünc) yer alıb.

Hələlik 50 ölkə medal əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Xəbəri paylaş