Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın Şərqdə gərginlik ab-havası var

Yaxın Şərqdə gərginlik ab-havası var


HƏMAS liderinin İranda öldürülməsi ətrafında müxtəlif versiyalar, fikirlər səslənməkdədir. Əksər siyasilər İsmayıl Hanyenin öldürülməsində təkcə İsrail deyil, başqa məqamların da olduğu qənaətindədirlər.

Newscenter.az-ın xəbərinə görə, məsələyə münasibət bildirən ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımovun sözlərinə görə, İsrailin HƏMAS-ın liderlərindən biri olan İsmayıl Haniyəni Tehranda öldürməsi onu göstərir ki, on illərdir guya Haniyənin və digərlərinin müəyyən yerlərdə gizlənməsi və onlara əl çatıla bilməməsi nağıldan başqa bir şey deyildir:

"İsrail istədiyi adamı istədiyi vaxt və istədiyi yerdə öldürə bilmək imkanına sahibdir. Bu onu göstərir ki, bu kimi adamlar bu illər ərzində ya İsrailin işinə yaradığı, ya da onunla işbirliyi etdiyi üçün sağ qalırlar. Artıq lazım olmayanda məhv edilirlər. Ona görə çox da bu kimi işlərə ciddi yanaşmaq lazım deyil".

Azər Qasımov deyib ki, Yaxın Şərqdə kimin əlinin kimin cibində olduğunu yalnız Allah bilir:

"Yaxın Şərqdə bir gərginlik ab-havası var və həmişə olub. Nə olursa, birilərinin nəzarətində olur.
İranın isə bundan sonra nəsə deməyə gərək dili olmasın. İran adlı dövlətin tək adı var. O da ABŞ-ın hesabına ayaqda durur. Onlar güclərinin ancaq Azərbaycana çatdığını hesab etdikləri üçün hücum multfilmləri çəkib paylaşırlar, özü də uşaqların dilindən".

Mehman Mehdiyev
Xəbəri paylaş