Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əsas məqsəd Türkiyə ilə İsraili müharibəyə cəlb etməkdir

Əsas məqsəd Türkiyə ilə İsraili müharibəyə cəlb etməkdir


"Qərbin əsas məqsədi və niyyəti Türkiyə ilə İsraili müharibəyə cəlb etməkdir. Günü-gündən güclənən, dünyada sözün həqiqi mənasında söz sahibinə çevrilən Türkiyəni hansısa siyasi və iqtisadi sanksiyalar, təzyiqlərlə dayandırmaq, onun yolunu kəsmək mümkün olmadığından yeganə yol kimi Ankaranı Təl-Əvivlə qarşı-qarşıya qoymaq qalır. Deyərdim ki, Qərb artıq bunu bacara bilib".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, HƏMAS lideri İsmayıl Hanyenin Tehranda sui-qəsd nəticəsində öldürülməsi də əslində bu məqsədə xidmət edir:

"İran hazırda Birləşmiş Ştatlar, Qərb üçün elə də ciddi problem hesab edilmir. Tehranda İsmayıl Hanyenin qətlə yetirilməsi sübut etdi ki, İslam Respublikası xarici güc mərkəzlərinin nəzarəti altındadır və onlar istəsələr günü bu gün İranla haqq-hesab çəkə bilərlər. Lakin Qərbə, Birləşmiş Ştatlara hələlik İran kimi bir rejim lazımdır ki, zərurət yarandığı təqdirdə ondan istifadə edə bilsinlər. Ancaq bunu Türkiyə üçün edə bilmirlər. Ona görə də hazırda Qərbin, Birləşmiş Ştatların əsas məqsədi İsraillə Türkiyəni müharibəyə cəlb etməkdir".

Arzuman Muradlı qeyd edib ki, Qərb buna nail olsa təkcə Yaxın Şərq deyil, Cənubi Qafqaz üçün də çox ciddi problemlər meydana çıxacaq.

Süleyman
Xəbəri paylaş